BAKI, 12 aprel — Sputnik. Prezident İlham Əliyev Fəzail İbrahimlinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli "Şöhrət" ordeni ilə təltif edilsin.