CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə canavar sürüsü kəndə hücum edib: Tələfat var - FOTO

© Sputnik / Emin AlisahibBərdədə canavarlar qoyunlara hücum ediblər
Bərdədə canavarlar qoyunlara hücum ediblər - Sputnik Azərbaycan, 1920, 11.04.2021
Abunə olmaq
Bərdə Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Canavarların kəndə hücumu Bərdə rayonunun Saatlı kəndində baş verib. Təssərüfat sahibi Xəyyam Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, vəhşi heyvanlar qoyunçuluq təssərrüfatına gecə saatlarında hücum çəkib: “Canavarlar sürü halında mənim təssərüfatıma hücüm edib. Tövləyə girən canavarlar 30 baş qoyunu parçalayıb, 8 baş qoyunu isə yaralayıb”.

Müsahibimiz deyir ki, kənddə belə hadisələr arabir olur. Amma son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib: “Əvvəllər də kəndə canavar hücumu olub. Amma arabir, tək-tək canavara rast gəlinirdi. İndi canavarlar kəndə sürü halında hücum edir. Hadisə baş verən gecə də sürü halında olublar. Yırtıcılar daxil olub fermaya, fermanın içində xırdabuynuzlu heyvanları parçalayıb, parçalaya bilmədiyində yaralayıb. 38 baş heyvanın 30-u tələf olub, qalanları da yaralanıb”.

1/4
2/4
3/4
4/4
1/4
2/4
3/4
4/4

Bərdə Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən  dərmanlaraq basdırılıb. Təsərrüfatda  quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.

Xəbər lenti
0