Finlandiya koronavirus əleyhinə sprey formasında peyvənd yaradır

© AFP 2024 / JOEL SAGETСотрудник лаборатории, фото из архива
Сотрудник лаборатории, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Sprey formasında vaksin buraxmaq qərarı onunla bağlıdır ki, virus bir qayda olaraq nəfəs yolları ilə orqanizmə daxil olur.

BAKI, 10 aprel — Sputnik. Finlandiya 2021-ci ilin sonuna qədər burun üçün sprey formasında COVID-19 əleyhinə vaksin yarada bilər. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Helsinki Universitetinin virusoloqu Kalle Saksela bildirib.

Sprey formasında vaksin buraxmaq qərarı onunla bağlıdır ki, virus bir qayda olaraq nəfəs yolları ilə orqanizmə daxil olur.

"Burun yolu ilə keçən vaksin selikli qişada immunitet yaradır ki, bu da hər şeydən əlavə, immunoqlobulin anticisimlərinin yaranmasına səbəb olur. Digər sözlə, bu cür immunitet yuxarı tənəffüs yollarını qoruyur", - deyə Saksela qeyd edib.

Onun sözlərinə görə, bu cür sprey bütün orqanizm üçün də ümumi immunitet yaradır. Saksela hesab edir ki, digər vaksinlərin bu cür xüsusiyyəti yoxdur.

Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Avropa tənzimləyicisi AstraZeneca-nın qorxunc yan təsirini vaksinin təsvirinə əlavə edib

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134,7 milyonu keçib, 2,91 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0