BAKI, 10 aprel - Sputnik. Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı şahzadə Filipin dəfn mərasimi aprelin 17-də Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində keçiriləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə şənbə günü Bukingem sarayı məlumat yayıb.
Vida mərasimi yalnız 30 nəfərədək çox yaxın ailə üzvlərinin iştirakı ilə keçiriləcək. Gözlənilir ki, həmin gün yerli vaxtla saat 15:00-da bir dəqiqəlik sükut elan olunsun. Aprelin 9-da 100 yaşında vəfat edən Şahzadə Filip dövlət səviyyəsində dəfn olunmağını istəsə də, bu vəsiyyətinə əməl olunmayacaq.
Bu günlərdə Böyük Britaniyada matəm mərasimləri koronavirus pandemiyası səbəbindən bağlı rejimdə keçirilir. Matəm Filip torpağa verilənədək davam edəcək, ölkə ərazisində bütün bayraqlar həmin müddətdə endiriləcək. Parlamentarilər matəm əlaməti olaraq qollarına qara lent, kişilər qara qalstuk taxacaqlar.