KİV: Distant təhsili yarıtmayan nazir edam edildi

© SeongJoon Cho / Pool via ReutersЛидер КНДР Ким Чен Ын, фото из архив
Лидер КНДР Ким Чен Ын, фото из архив - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Əlavə araşdırmalar zamanı məlum olub ki, edam olunan nazirin işçiləri hökumətin siyasətini tənqid edirmişlər.

BAKI, 10 aprel - Sputnik. Şimali Koreya lideri Kim Çen In qurumu lazımi göstəricilərə çatmadığına görə ölkənin təhsil nazirinin edam edilməsi barədə qərar verib. Sputnik Azərbaycan bildirir ki, bu barədə Mirror yazır.

Bildirilir ki, nazirlik "Distant təhsil haqda" Qanunun şərtlərini yerinə yetirməyib, bu isə "distant təhsil siyasətinin tətbiqini ləngidib". 

Üstəlik, KİV-in məlumatına görə, nazirliyin əməkdaşları videozənglərə vaxtı-vaxtında cavab vermirmişlər. Əlavə araşdırmalar zamanı məlum olub ki, edam olunan nazirin işçiləri hökumətin siyasətini tənqid edirmişlər.

Qeyd ounur ki, edamdan sonra nazirliyin idarəçiliyi yenidən təşkil olunub və quruma təzə nazir təyin edilib.

Xəbər lenti
0