BAKI, 9 aprel — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski sabah Türkiyəyə səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
"Zelenski şənbə günü Türkiyəyə səfər edəcək və İstanbulda bizim prezidentlə danışıqlar aparacaq. Birgə mətbuat konfransının keçirilməsi də planlaşdırılır", - deyə "RİA Novosti"yə Türkiyədəki diplomatik mənbə bildirib.
Mənbə əlavə edib ki, yaxın vaxtlarda səfər barədə rəsmən elan olunacaq.