Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 9 aprel — Sputnik. Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalov Böyük Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "Facebook" hesabında paylaşılıb.
"Zabit Murtuz Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə "Hodson"s Horse Award" mükafatına layiq görülüb.
Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini Britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir", - səfirlikdən bildirilib.