BAKI, 9 aprel — Sputnik. Tanınmış futbolçu Devid Bekhemin böyük oğlu Bruklin "Vogue" jurnalının Almaniya versiyası üçün fotosessiya hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "İnstagram" səhifəsində paylaşım edib. Fotosessiya üçün model qismində isə Bruklinin nişanlısı Nikola Pelts çıxış edib. O, gələcək qaynanası, müğənni-modelyer Viktoriya Bekhemin yaz-yay kolleksiyasına aid olan geyimlərindən istifadə edib.
View this post on Instagram
Qeyd edək ki, 22 yaşlı Bruklin ilə 26 yaşlı Nikolanın nikahı pandemiya səbəbindən təxirə salınıb.