BAKI, 8 aprel — Sputnik. "Yaxşı müəllimlər bir o qədər də yaxşı idarəedici olmurlar. Yəni, yaxşı müəllim hesab etdiyimiz kadr direktor seçildikdə biz yaxşı müəllimi itirir, heç də yaxşı olmayan bir direktor əldə edirik".
Sputnik Azərbaycan-ın xəbərinə bu barədə təhsil naziri Emin Əmrullayev "AzTV"-dəki çıxışında deyib. O bildirib ki, direktor olmaq bir o qədər də asan deyil.