CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binanın inşası zamanı ağacların kəsilməsi ilə bağlı istintaq aparılır

© Sputnik / Irade JELILAğac kəsimi
Ağac kəsimi - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü və 308.1 maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

BAKI, 8 aprel — Sputnik. Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında hündürmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla, “Olympus” MMC və “N-Turan” MMC-nin vəzifəli şəxslərinin qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində  mövcud olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş vermələri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti
0