CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bank "Moneygram”ın Qarabağdakı fəaliyyətinə dair açıqlama yayıb

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
AMB eyni zamanda ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pul köçürmə sistemlərinin monitorinqini həyata keçirib və müvafiq tələblərə riayət etməyən qurumların fəaliyyətinə qadağa qoyub.

BAKI, 7 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) əlaqədar qurumlarla birlikdə sağlam maliyyə vasitəçiliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyəti çərçivəsində ölkəmizin işğal altında olmuş ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirlərini daim diqqət mərkəzində saxlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülüb, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə müvafiq addımlar atılıb.

Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə işğal altında olan ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərən "Moneygram" pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.

AMB bununla əlaqədar bildiriri ki, həqiqətən də "Moneygram" pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə işğal altında olan əraziləriə qanunsuz fəaliyyət göstərib və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə, beynəlxalq prinsiplərə müvafiq olaraq ölkə ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib. Nəticədə, 2008-ci ildən etibarən "Moneygram" pul köçürmə sisteminin ölkədə fəaliyyətinin qarşısı alınıb və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyil.

AMB eyni zamanda ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pulköçürmə sistemlərinin monitorinqini həyata keçirib və müvafiq tələblərə riayət etməyən qurumların ("Unistream", "MİGOM", "LEADER", "Bıstraya Poçta", "İnterexpress", "RİA Money Transfer", "İntelexpress", "Sigue Money Transfer") fəaliyyətinə qadağa qoyub.

Xəbər lenti
0