BAKI, 7 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Ordusunun kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.