BAKI, 7 aprel — Sputnik. Türkiyənin Konya vilayətində bu ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus , "Türk Ulduzları" heyətinə daxil olan "NF-5" tipli qırıcı təyyarə qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.
#SONDAKİKA
— A Haber (@Ahaber) April 7, 2021
Konya'da gösteri uçağı düştü! Karatay ilçesine çok sayıda sağlık ve itfaiye ekibi sevk edildi pic.twitter.com/Y5ZPgQwjp2
Məlumata görə, təyyarə vilayətin Karatay rayonunda qəzaya uğrayıb. Pilot həlak olub.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunublar.