BAKI, 7 aprel — Sputnik. "Şri-Lanka gözəli" müsabiqəsi zamanı xoşagəlməz anlar yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, insident tacqoyma mərasimi zamanı baş verib.
Caroline Jurie arrives at Police to give statement#SLnews #MrsSriLanka2021 #CarolineJurie #SriLanka https://t.co/3mcM0y72XV
— DailyMirror (@Dailymirror_SL) April 6, 2021
Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin mükafatçılarından olan Puşpika De Silvanın boşanma xəbəri münsiflərdən birini bərk əsəbləşdirib və o, gözəllik tacını qaydaları pozan qızın başından çıxarıb. Sonradan, De Silva "Facebook" vasitəsilə boşanması barədə xəbəri təkzib edib.
Müsabiqənin təşkilatçıları isə münsifin hərəkətinin yolverilməz olduğunu bildiriblər.