BAKI, 7 aprel — Sputnik. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanma nəticəsində vəfat edib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.