BAKI, 6 aprel — Sputnik. Türkiyənin "Star TV" ekranlarında yayımlanan "Menajerimi ara" serialının baş rol ifaçısı Canan Ergüder süd vəzi xərçənginə tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bəzi KİV-lərdə aktrisanın serialdan ayrıldığı yayılıb.
View this post on Instagram
Aktrisa özünün "Instagram" hesabında bu xəbərin yalan olduğunu söyləyib. Xərçəng olmasına rəğmən aktrisa serialın 3 bölümündə çəkiləcək. O, özünü çox pozitiv hiss etdiyini deyib.