BAKI, 6 aprel – Sputnik. Ştefan çel Mare adına Universitetin mütəxəssisləri Rumıniyanın Suçava şəhərində koronavirusun Britaniya ştammının vaksinlərin effektivliyini azaldıan mutasiyasını aşkar ediblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ali məktəbin mətbuat xidməti məlumat yayıb.
“Narahatlıq doğuran üç varianta – Britaniya (B.1.1.7 xətti, adı VOC202012/01), Cənubi Afrika (B.1.351 xətti, adı 501Y.V2 15) və Braziliya (Р.1 xətti, adı P. 1) – İngiltərənin İctimai Sağlamlıq Xidməti fevralda virusun yeni növünü əlavə etdi (B.1.1.7 + E484K xətti, adı VOC202102/02). Onun E484K mutasiyası vaksinlərin yaratdığı antikorlara qarşı yüksək dayanıqlılıq göstərir, bu isə peyvəndlərin effektivliyini azaldır. Suçava, Kluj, Yassı, Timiş və Botaşandakı SARS-CoV-2-yə yoluxan xəstələrdən götürülən 91 analiz nümunəsindən 88-i Britaniya ştammı, biri isə onun B.1.1.7 + E484K mutasiyası çıxdı”, - universitetin məlumatında deyilir.
Universitet analizləri yoxlamaq məqsədilə yeddi əyalətin xəstəxanaları ilə müqavilə bağlayıb. O, Rumıniyadakı ştammların hamısı haqda doğru məlumat əldə etmək məqsədilə ölkənin digər tibb müəssisələri ilə bu cür əməkdaşlıq qurmağa hazır olduğunu bildirib.
Rumıniyada 2020-ci il noyabrın 9-dan sərt karantin rejimi tətbiq olunur, yerli vaxtla 22.00-dan 05.00-dək komendant saatıdır. Beş yaşdan yuxarı şəxslər hətta küçədə də maska taxmalıdırlar. Bütün döğlət və özlə şirkətlər əməkdaşları üçün imkan daxilində distant iş təşkil etməyə borcludurlar. Heç yanda bayram tədbirləri keçirmək olmaz. Örtülü bazarların, yarmarka və sərgilərin işi qadağandır. Məhdudiyyətlər aprelin 13-dək qüvvədədir.