CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Təəssüf ki, bizimlə eyni bəşəriyyəti bölüşən insanlar belə vəhşiliklər törədiblər" - FOTO

© Sputnik / Emin AlisahibAğdama səfər
Ağdama səfər - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfər edib, erməni vəhşiliklərinin şahidi olublar.

Emin Əlisahib,  Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Sputnik Azərbaycan-ın məlumatına görə, əvvəlcə Ağdam şəhərindəki avtovağzal və texniki peşə məktəbinin binalarının qalıqlarına baxış keçirilib. Ağdam şəhər sakini Zülfü Qasımov məlumat verib ki, avtovağzal binası 1991-ci ilin fevralında ermənilərin artilleriya atəşi nəticəsində dağıdılıb. Avtovağzalın yaxınlığındakı peşə məktəbinin binası keçmiş SSRİ dövründə təhsilin səviyyəsinə və texniki bazasına görə ən qabaqcıl təhsil ocaqlarından biri olub. Erməni vandalları Ağdamdakı bütün binalar kimi, peşə məktəbinin binasını da yerlə-yeksan ediblər.

Daimi nümayəndələr artıq işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində olublar. Xarici qonaqlar məscidə baş çəkib, erməni işğalçılarının məsciddə, eləcə də məscid ətrafında törətdikləri vandallıqların şahidi olublar. Onlara ermənilərin işğal müddətində burada törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

© Sputnik / Emin AlisahibİƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
Təəssüf ki, bizimlə eyni bəşəriyyəti bölüşən insanlar belə vəhşiliklər törədiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 06.04.2021
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində namaz qılıblar. 

Sonra nümayəndə heyəti Ağdamın I Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir qismi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar. Məzarların dağıdılmasından və burada törədilən vəhşiliklərdən dəhşətə gələn qonaqlar daha sonra işğaldan azad edilmiş Ağdam rayonundakı “İmarət” kompleksində olublar. Daimi nümayəndələr komplekslə tanış olub, ermənilərin burada törətdiyi dağıntıları öz gözləri ilə görüblər. Onlara məlumat verilib ki, Qarabağ xanlığının banisi, Şuşa şəhərinin qurucusu Pənahəli xan və digər Qarabağ xanları, habelə xan qızı Xurşidbanu Natəvan burada dəfn olunub. Xanın burada dəfn edilən ailə üzvlərinin hər birinin məzarı üstündə məqbərə inşa edilib. Bildirilib ki, ermənilər işğal müddətində “İmarət”də yerləşən məzarları, türbələri dağıdıb, ərazidə yerləşən tarixi abidələri oğurlayıblar. Xaraba qalan binalarda isə donuz saxlanılıb. Bildirilib ki, "İmarət"in yanında Ağdamın məşhur "Qarabağ" futbol klubunun stadionu da olub. Daimi nümayəndələr erməni vandalizmi barədə ətraflı məlumatlandırılıblar.

© Sputnik / Emin AlisahibİƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
Təəssüf ki, bizimlə eyni bəşəriyyəti bölüşən insanlar belə vəhşiliklər törədiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 06.04.2021
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri

“İndiyə kimi gördüyümüz mənzərə çox ürəkağrıdıcıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizimlə eyni bəşəriyyəti bölüşən insan məxluqları belə vəhşiliklər törədiblər”. Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu məsələdə İƏT-in mövqeyi əvvəldən bəllidir: 

“İƏT hər zaman Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanıyır və bunu ədalətli mövqe kimi qəbul edir. Öz qətnamələrində də bunu Azərbaycanın haqqı olaraq tanıyıb. İƏT-ə üzv olan ölkələr Azərbaycana hər zaman siyasi dəstək göstərib. İndi biz bu ərazilərin azad olduğunu görürük. Amma mən Allaha dua edirəm ki, burada həyatını itirmiş şəxslərə özünün cənnətini nəsib etsin. Eyni zamanda da İƏT-ə üzv olan dövlətləri də bu ərazilərin yenidən qurulmasına və bərpa işlərinə qatılmağa çağırıram. Ümidvaram ki, onlar dəstəyə davam edəcək. Allah bundan sonra da Azərbaycana sülh nəsib etsin”.

Baş katibin müavini əlavə edib ki, ərazidə kifayət qədər görüləsi işlər var: “İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupunun üzvləri olaraq 44 günlük müharibədən sonra ilk dəfədir bu ərazilərə səfər edirik. Bu işlərdə hər zaman İƏT Azərbaycanın yanında olacaq”. Bunu isə Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx Ağdamda bildirib. O, Azərbaycanın qazandığı zəfərlə bağlı təbriklərini çatdırıb: “Təxminən 30 il ərzində ermənilər tərəfindən kifayət qədər dağıntılar törədilib. Biz artıq öz gözümüzlə görürük ki, ərazilər hansı vəziyyətdədir. Onu da qeyd edim ki, İƏT hər zaman Ermənistanın əleyhinə olaraq Azərbaycana siyasi dəstək verib. Pakistan da dövlət olaraq Azərbaycana öz dəstəyini göstərib. Ümidvaram ki, artıq sülh bərpa olunur. Bundan sonra yenidənqurma işlərinə start veriləcək. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmin görüşdə biz də Kontakt Qrupun üzvləri olaraq gördüklərimiz barədə məruzə ilə çıxış edəcəyik. Belə bir çağırış etmək niyyətindəyik ki, İƏT-ə üzv olan bütün ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi cəhətdən bərpasına kömək etsinlər”.

1/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
2/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
3/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
4/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
5/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
1/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
2/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
3/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
4/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri
5/5
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfəri

Türkiyyə Cümhuriyyətinin İslam Əməkdaşlıq Təşkilatı nəzdində daimi təmsilçisi və böyük elçisi Mehmet Metin isə bildirdi ki, İslam əməkdaşlıq Təşkilatı Təmas Qrupunu buraya göndərməklə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bir daha göstərmiş olduğunu bildirdi. “Öncəliklə, bizə bu fürsəti verdiyinə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirəm. İslam Əməkdaşlıq Təşkilatı nəzdində Qarabağ üçün bir təmas qrupu var. Bu qrupda böyük elçilər və diplomatlar olaraq bu ziyarəti edirik. Erməni işğalı dönəmində Qarabağda həm insan həyatına, həm də bu bölgəyə edilən təxribatı yerində görməyə gəldik. Öyrəndik ki, bu bölgə əslində işğaldan əvvəl Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olub. Onu da öyrəndik ki, kəndlərində 150 mindən, şəhər mərkəzində isə 40 mindən artıq insan yaşayıb. Çox canlı bir ticarət həyatı olan gözəl bir bölgə olub. İşğal dönəmində burada bir tək bina da saxlanılmayıb. Hamısı dağıdılıb. Həqiqətən, erməni zalımlığının bir daha şahidinə çevrildik. Türkiyə xalqının Azərbaycan xalqı ilə hər zaman bərabər olduğunu bildirmək istəyirəm. İslam dünyasını bir araya gətirən İslam Əməkdaşlıq Təşkilatı bu təmas qrupunu buraya göndərməklə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bir daha göstərmiş oldu”.

Qeyd edək ki, səfər zamanı İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları müşayiət ediblər.

Xəbər lenti
0