CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik son günlər mübahisəyə səbəb olan suala aydınlıq gətirdi

© pixabay / klimkinМужчина в инвалидной коляске, фото из архива
Мужчина в инвалидной коляске, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Bir çox hallarda valideynlər bu barədə məlumatsız olduqlarından sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayanmasını uşaqlarının əlilliyinin ləğvi kimi başa düşürlər.

BAKI, 5 aprel — Sputnik. Sağlamlıq imkanları məhdud uşaqlar (SİMU) 18 yaşına çatdıqda onların bu statusu başa çatır. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Sputnik Azərbaycan-a daxil olan açıqlamada bildirilib.

Qeyd olunur ki, qanunvericiliyin tələbi və beynəlxalq təcrübəyə uyğun olaraq, zəruri prosedur kimi 18 yaşdan həmin uşaqlara müvafiq əlillik dərəcəsi təyin edilməlidir.

Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.04.2021
CƏMİYYƏT
Nazirlik bu il 500-ə yaxın əlillik təyinatını ləğv edib

Bir çox hallarda valideynlər bu barədə məlumatsız olduqlarından sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayanmasını uşaqlarının əlilliyinin ləğvi kimi başa düşürlər. Ona görə valideynlər uşaq 18 yaşına çatdıqda qanunvericiliyə müvafiq olaraq ərazi səhiyyə müəssisəsinə müraciət etməli və uşağa əlillik dərəcəsi verilməsi üçün göndəriş (Forma 88) səhiyyə müəssisəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.

E-sistemə daxil edilən göndərişdə onu daxil edən səhiyyə müəssisəsini, şəxsləri, eyni zamanda göndərişin aid olduğu şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq kodlaşdırılır. Beləliklə, yalnız göndərişdəki xəstəlik məlumatları əsasında obyektiv və şəffaf şəkildə əlillik dərəcəsinin təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

Xəbər lenti
0