"Gözəlliyin milli mənşəyi" (Les origines de la beauté) layihəsinə fotoqraf və jurnalist Natalya İvanova tərəfindən 2012-ci ildə start verilsə də, bu günə kimi davam edir. Layihəyə ən az üç nəsil boyunca bir millətə aid olan ailədən gələn, etnik-mədəni mənsubiyyətindən xəbərdar, dəqiq üz cizgilərinə sahib 18-30 yaş arası istənilən xanım qatıla bilər.
Bəs müəllifin bu layihəni gerçəkləşdirməkdə məqsədi nədir? Sözügedən layihə dünyanın bütün millətlərindən olan qadınların gözəlliyi ilə təqdim olunan bəşəriyyətin etnik müxtəlifliyi ilə bağlı qeyri-kommersiya xarakterli bədii-sənədli tədqiqat işidir.
Əsas məqsəd sayından, rəsmi statusundan asılı olmayaraq hər bir orijinal etnikliyi mümkün qədər parlaq şəkildə nümayiş etdirməkdir.
Bu ecazkar foto layihəsi ilə bağlı daha geniş təəssürat yaratmaq üçün müxtəlif etnik qruplara məxsus xanımların fotolarını əks etdirən bir neçə işi sizə təqdim edirik.