CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda beş marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Abunə olmaq
Pataxtda M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdirilib.

BAKI, 4 aprel - Sputnik. Təmir-bərpa işləri ilə əlaqədar olaraq aprelin 5-də Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu səbəbdən M1, M2, M6, 11 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir. 

Dəyişikliyə əsasən:
M1, M2, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov“ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə;
104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov“ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

Xəbər lenti
0