BAKI, 3 aprel — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbayan-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki Ermənistan silahlı birləşmələrinin tərk etdiyi hərbi mövqelərdən 6 müxtəlif növ əl qumbarası, 261 qumbaraatan mərmisi, 77 müxtəlif növ alışdırıcılar, 31 digər partlayıcı vasitələr və 13 819 müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.