Hesablama Palatası ötənilki hesabatını Milli Məclisə təqdim edəcək

© Sputnik / Murad Orujov / Mediabanka keçidManat, arxiv şəkli
Manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
Kollegiyada, həmçinin 2021-ci il üzrə İş Planına uyğun olaraq kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramları müzakirə və təsdiq edilib.

BAKI, 3 aprel — Sputnik. Hesablama Palatasının geniş tərkibdə kollegiya iclası keçirilib.

Palatadan Sputnik Azərbaycan-a bildirilib ki, kollegiyada Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov palatanın hər zaman Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu deyib. Bildirib ki, bu gün Hesablama Palatasında yetişib püxtələşmiş gənc kadrların doğma təşkilatda yüksək vəzifəyə layiq görülməsi xüsusilə diqqətəlayiqdir və palataya göstərilən etimadın nəticəsi kimi dəyərləndirilir.

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunub.

Qeyd edilib ki, hesabat "Hesablama Palatası haqqında" qanunun 7.0.11-ci, 14.0.12-ci və 37-ci maddələrinə əsasən, həmçinin "Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları"na uyğun tərtib olunub, ali audit orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş beynəlxalq standartların tələbləri nəzərə alınıb.

Keyfiyyətcə bir sıra yeniliklər edilmiş hesabatda hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, o cümlədən Hesablama Palatasının təqdim etdiyi təkliflərlə bağlı müvafiq orqanların münasibəti, korrupsiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər üzrə geniş məlumatlar əks olunub, palatanın 2020-ci ildə fəaliyyəti haqqında hesabata daxil edilmiş 2021-2025-ci illər üzrə Strateji Planı da ayrıca təqdim edilib.

V.Gülməmmədov Hesablama Palatasının illik çıxış sənədləri sırasında mühüm əhəmiyyətə malik olan hesabatın, Strateji Planın, eləcə də metodoloji sənədlərin dərindən öyrənilməsini, palatanın fəaliyyətində güclü və zəif cəhətlərin müəyyən edilməsi üçün təkliflər verilməsini, palatada beynəlxalq standartlar üzrə təlim keçmiş daha bilikli, IT texnologiyalarını dərindən bilən peşəkar kadrlara həmişə yer olduğunu, eyni zamanda, beynəlxalq sertifikatların alınmasının şərt kimi irəli sürüldüyünü bildirib.

Müzakirələrin sonunda Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisə təqdim edilməsi ilə bağlı kollegiya Qərarı qəbul olunub.

Kollegiyada, həmçinin 2021-ci il üzrə İş Planına uyğun olaraq kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramları müzakirə və təsdiq edilib.

Xəbər lenti
0