BAKI, 3 aprel — Sputnik. Ağcabədidə silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları Rayon Polis Şöbəsinə təhvil verib.