Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüşlər reabilitasiya olunurlar

© Photo : The Ministry of Emergency Situations of the Republic of AzerbaijanПсихолог во время приема
Психолог во время приема - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası cənub və şimal-qərb bölgələrində davam etdiriləcək.

BAKI, 2 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.

Sputnik Azərbaycan-ın FHN-ə istinadən xəbərinə görə, Bakı şəhəri ilə yanaşı, aprel ayının 5-dən etibarən cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprelin 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq. Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in "112" qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Xatırladaq ki, bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də psixoloji yardımlar təşkil olunub.

Xəbər lenti
0