Meksikada boz balinaların yaşadığı ərazi heyvansevər səyahətçilər üçün ən maraqlı məkanlardan hesab olunur.
Boz balinalar mövsüm miqrasiyasının uzunluğuna görə məməlilər arasında rekordçudurlar: onlar 7-8 km/saat sürətlə 11000 km qət edirlər. Balina sürüləri hər il soyuq Alyaska sahillərindən Aşağı Kaliforniyanın ilıq Meksika laqunalarına doğru hərəkət edir. Buraya can atmaq üçün onların səbəbləri var - cütləşmə dövrü. Üç həftəlik macəralardan sonra balinalar şimala qayıdırlar. Körfəzləri ən son boğaz balinalar və körpələri tərk edirlər. Bu vaxt martın sonu - aprelin əvvəlinə təsadüf edir.
Alimlər deyirlər ki, bu məsələdə balinalar punktualdırlar. Böyük məsafəyə baxmayaraq bu məməlilər hər il eyni vaxtda bu qədər məsafə qət edir, şimaldan cənuba, cənubdan şimala yönəlirlər.
Meksika körfəzlərində ilin ancaq göstərilən aralığında nəhəng dəniz heyvanlarının rahatlıqda suda atılıb-düşməyini, iri üzgəclərini qanad kimi yelləməyini seyr etmək, hətta qayıqlara yaxınlaşarkən gözlərinə baxaraq, onlara toxunmaq mümkündür. Onların aqressiv olmaması turistləri ürəkləndirir və onlar sonradan balinaya toxunmaqları ilə öyünürlər.