Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 2 aprel — Sputnik. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Məcəlləyə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması" adlı 411-2-ci maddənin əlavə edilməsi təklif edilir.
Əlavəyə görə, fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.