![İnfoqrafika: Ramazan ayı təqvim 2021 İnfoqrafika: Ramazan ayı təqvim 2021 - Sputnik Azərbaycan, 1920, 01.04.2021](https://cdnn1.img.sputnik.az/images/07e5/04/01/426596630.png)
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb.
Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında təqvimlə tanış ola bilərsiniz.
Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-nə düşəcək. Qeyd olunub ki, bu barədə məlumat Azərbaycan Astrofizika Rəsədxanasından verilib. QMİ-dən bildirilib ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə aprelin 13-də başlayacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.
Allah oruclarınızı qəbul eləsin!