Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnfeksionist: "O insanlar koronavirusdan dünyasını dəyişənlərin yasına gedirlər"

© Sputnik / Irade JELILYas çadırı
Yas çadırı - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
"Cavan insanlar daha aktiv həyat tərzi keçirdiklərinə görə avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. "Mart ayı ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı 200 nəfərdən 2200 nəfərə yüksəldi. Yəni bir ay ərzində yoluxmalar 10 dəfə artdı. Fikrimcə, bu artım Britaniya ştammı (B1.1.7) hesabına baş verir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

Onun sözlərinə görə, əvvəlki aylarla müqayisədə xəstələrin durumu 2-3 günə ağırlaşır:

"Temperatur qısa zamanda 40-41 dərəcəyə yüksəlir. Temperaturu salmaq çox çətin olur. Klinik əlamətlər daha kəskin davam edir. Məncə, bu Britaniya ştammıdır. Çünki keçən illə müqayisədə xəstəlik daha aqressiv gedişlidir. Gündəlik yoluxanlar arasında epidemik anamnez toplamaq lazımdır. Yəni bunlar 14 gün ərzində harada olublar, haraya gediblər, hərarəti olan xəstələrlə kontaktda olublarmı və s.".

İnfeksionist son 15 gündə yoluxan xəstələr arasında kiçik təhlil apardığını qeyd edib: "Nəticədə görürəm ki, yaşlı insanlar daha çox yas yerlərində kütləvi yoluxurlar. Maraqlısı da odur ki, o insanlar koronavirusdan dünyasını dəyişən insanın yasına gedirlər. Cavan insanlar daha aktiv həyat tərzi keçirdiklərinə görə avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar. Epidemik cəhətcə deyilənləri təhlil edib, yoluxmalar daha çox baş verən yerlərdə əks-epidemik tədbirlər gücləndirilsə, yaxşı olar".

Xəbər lenti
0