BAKI, 1 aprel — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmçinin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.