CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü külək azyaşlının həyatına son qoydu 

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Bədbəxt hadisə ilə bağlı Şabran rayon Prokurorluğu araşdırma aparır. Uşaqların hansı şəraitdə hasarın altında qalmaları araşdırılır.

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 1 aprel - Sputnik. Bu gün günorta saatlarında Şabran rayonunda güclü külək əsməsi nəticəsində hasar aşıb. Hasarın üzərinə aşdığı 10 yaşlı Fəqan Ruslan oğlu Məmmədov yerindəcə  keçinib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Məhəmməd Əsədov küçəsindəki evlərdən birinin həyətində baş verib. Hadisə zamanı həyətdə 3-4 uşaq oynayırmış. Dünyasını dəyişən F.Məmmədovun həmyaşıdı 
Pənah Zaur oğlu Məmmədov da hadisə zamanı xəsarət alıb. Yaralanmış uşaq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Bədbəxt hadisə ilə bağlı Şabran rayon Prokurorluğu araşdırma aparır. Uşaqların hansı şəraitdə hasarın altında qalmaları araşdırılır. İlkin versiya hasarın güclü külək nəticəsində aşmasıdır.

Xəbər lenti
0