BAKI, 31 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramından sonra Şuşaya getmək niyyətini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Türk Şurası liderlərinin qeyri-rəsmi sammitində çıxışı zamanı deyib.
"Qarabağda türk abidələrinin qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz önəm daşıyır. Əziz qardaşım cənab İlham Əliyevin timsalında azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağda qələbələri münasibəti ilə bir daha təbrik edirəm. Hamımız birlikdə Azərbaycanın yanında olmağı davam etdirməliyik. Ramazan bayramından sonra Şuşanı ziyarət etmək istəyirik", - deyə Ərdoğan bildirib.