Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sən supersən - 60+" başlayır

© Sputnik / Ilya PitalevФинал конкурса "Ты супер!"
Финал конкурса Ты супер!  - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Bu dəfə müsabiqənin iştirakçıları müxtəlif səbəblərdən yaxınlarının və doğmalarının dəstəyindən məhrum olmuş yaşlı vokalçılardır.

BAKI, 31 mart — Sputnik. "Sən supersən!" yenidən həm Rusiyanın müxtəlif guşələrindən, həm də MDB və Baltikyanı ölkələrdən olan istedadlı insanları eyni səhnədə bir araya gətirəcək. Ancaq bu dəfə müsabiqənin iştirakçıları müxtəlif səbəblərdən yaxınlarının və doğmalarının dəstəyindən məhrum olmuş yaşlı vokalçılardır. Rusiyanın NTV kanalı musiqi müsabiqəsi çərçivəsində yeni layihəyə başladığını elan edib. "Sən supersən!" adlı böyük səs-küy doğurmuş şou çərçivəsində 60 yaşdan yuxarı istedadlı insanlar üçün ayrıca müsabiqə düzənlənəcək. Yeni layihə "Sən supersən! 60+" adlanır.

NTV-nin baş prodüseri Timur Vaynşteynin sözlərinə görə, "Sən supersən!" müsabiqəsinin yeni istiqaməti təsadüfən yaranmayıb.

"Bu şou 18 ölkədən olan 385 uşaq üçün ailə oldu və əməlli-başlı hərəkata çevrildi. Biz çox istərdik ki, dəstəkdən məhrum olmuş yaşlı insanlara da öz yaradıcı potensiallarını nümayiş etdirmək və arzularını reallaşdırmaq üçün kömək edək".

Onun sözlərinə görə, müsabiqə, həmçinin vokalçılara öz doğmaları və yaxınları ilə görüşmək imkanı verəcək. Artıq seçim turu başa çatıb: müsabiqənin ən gənc iştirakçısının 60 yaşı yeni tamam olub, ən yaşlısının isə 87 yaşı var.

İşitrakçılardan bəziləri peşəkar musiqiçilərdir. Məsələn, yeni şounun birinci mövsümünün iştirakçıları arasında konservatoriya məzunu və Mariinski Teatrının aktyoru da var.

Bununla belə, iştirakçıların əksəriyyəti peşəkar musiqiçilər deyil. Onların arasında həkimlər, kimyaçılar, evdar xanımlar və hətta Rusiya Daxili İşlər Nazirliyinin istefada olan polkovniki var.

Ənənəyə uyğun olaraq bu şounun da aparıcıları Vadim Takmenyov və Anastasiya Pak olacaq. Müsabiqənin münsiflər heyətinin tərkibi isə hələlik gizli saxlanılır.

Qaydalara gəlincə, demək olar ki, heç nə dəyişməyib. Müsabiqə iki mərhələdə keçiriləcək: seçim və final. Çıxış edəndən sonra münsiflərdən üç və ya dörd "hə" alan iştirakçı gözləmə otağına keçmək imkanı qazanacaq. Əgər münsiflərdən heç biri yaşıl düyməni vurmasa, səslər yarıya bölünəcək, yaxud da münsiflərdən yalnız biri səs versə, vokalçı layihədən çıxacaq.

"Sən supersən!" şousu dəfələrlə Rusiyanın TEFİ mükafatına layiq görülüb.

Yeni "Sən supersən! 60+" şousu NTV kanalı, Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu tərəfindən Maarif Nazirliyinin dəstəyi ilə keçirilir.

Xəbər lenti
0