BAKI, 31 mart — Sputnik. Göydələnlər artıq çoxdandır ki, meqapolislər üçün adi elementə çevrilib. Ucu buludların arasında gizlənən binaların arası ilə işdən evə, evdən işə getmək isə əvvəlki kimi gündəlik heyrət doğurmur. Bir-birinə oxşayan şüşə konstruksiyalar dünyanın müxtəlif hissələrində inşa olunur və bu da onları unikallıqdan məhrum edir. Lakin memarlıq və dizayn sahəsində əsas məcmuələrdən olan "Dezeen" jurnalı yaxın bir neçə il ərzində şəhərlərin görkəmini dəyişəcək bir neçə ən maraqlı göydələn layihəsini seçməyə müvəffəq olub.
Architecture: Herzog & de Meuron's New Toronto Tower Set to Become Canada's Tallest Skyscraper: Herzog & de Meuron have created a new #design for a supertall skyscraper in Toronto. If built as planned, the project would rise to 1,063 feet… https://t.co/cUpG6R3Rd4 - Real Estate - pic.twitter.com/4hupAlK7gG
— Architecture🏠Construction👷 строительство (@statybu) June 5, 2020
Həmin layihələrin üzərində dünyanın müxtəlif yerlərindən olan məşhur peşəkarlar – mərhum Zaha Hadidin bürosunda çalışan dizaynerlərdən tutmuş memarlıq sahəsində ən nüfuzlu mükafatın sahibi olan Frenk Geriyə qədər mütəxəssislər məşğul olurlar.
RT @TheB1M: New renders have revealed the latest iteration of a Frank Gehry-designed twin tower development in Toronto. With 30 buildings over 150 metres in height currently under #construction, the city is in the midst of a skyscraper boom - … pic.twitter.com/jBNc7PAJ58
— ArchiAdvisor (@ArchiAdvisor) March 23, 2021
Hündür binalar üçün adi olan şüşə və betonu yüngülləşdirərək onları daha sadə və ekoloji etməyə çalışırlar. Göydələnlər şəhərlərin fonunda, demək olar ki, şəffaf görünür və artıq piyadaların əhvalına pis təsir etmir.
been watching this beauty be built for a while. chicago now has the world tallest building designed by a woman - the Vista Tower 😍 pic.twitter.com/PstParADX5
— tired (@attemptingbutch) November 24, 2020
Betonun hökmranlığı artıq proqressiv ideya hesab olunmur – göydələnləri getdikcə daha çox bitkilərlə örtməyə və ərazini daha çox maşınlara deyil, insanlara həsr etməyə çalışırlar.
What if every floor of a skyscraper could open to the outdoors?
— Akif Malik 🏅 (@akifmalik) January 5, 2020
The Spiral is coming to NYC vis @BjarkeIngels https://t.co/myBHAef22k pic.twitter.com/pwjSq3oJoI
Şəhərlərin sakinlərinə qayğı ilə yanaşı, memarlar bir-biri ilə də rəqabət aparır, növbəti göydələnin hündürlüyünü millimetrə qədər hesablayırlar. Onlar çoxdankı rekordları vurmağa və "ən hündür bina" statusunu əldə etməyə çalışırlar.
BlackRock reportedly plans to take 850k SF at 50 Hudson Yards https://t.co/eyXujlyvOd #cre #HudsonYards pic.twitter.com/zktEjQ4sUd
— Bisnow New York (@BisnowNY) November 9, 2016
Bütün bu ideyalar uğurla həyata keçiriləcəyi təqdirdə Londondakı məşhur "Şüşə qırığı" öz nüfuzlu titulunu itirə bilər. Yaponiyada isə yeni memarlıq rekordçusu inşa edilə bilər.
Zaha Hadid Architects unveils supertall Tower C skyscraper for Shenzhen.. https://t.co/I59Mk3hsR3
— Giuseppe 🅴 (@SamLuhungaMD) January 14, 2021
Göydələnlərin inşası birinciliyində mübarizəyə yaponiyalı memar və bu sahədə öz bürosunu təsis etmiş Sou Fudzimoto da qoşulub. "Mitsubishi Jisho Sekkei" şirkəti ilə birlikdə o, 2028-ci ildə ölkənin ən hündür binasını — "Torch Tower"i (Məşəl) tikmək niyyətindədir. Layihənin adında metafora gizlənib – memarlar "şəhəri məşəllə işıqlandırmaq" niyyətindədirlər. Fudzimoto gələcək binanın yuxarı hissəsinə "tac" – ayrıca tikili əlavə edəcək və bununla da arzusunda olduğu hündürlüyə - 390 metrə çatacaq.
Upon completion in 2027, Torch Tower will become Japan’s tallest building with a height of 1,279 feet! Progress can already be seen and everyone is excited to see the finished project.#VisitJapan #Tokyo #Skyscraper #StayInspired #Cityhttps://t.co/VMGs81UkLQ
— Visit Japan (@Visit_Japan) October 16, 2020
Əyri formada olan tikilini iri gövdəli sütunların üzərinə quraşdırılacaq ki, bu da onun daxilində seyr meydançası yaratmağa imkan verəcək. Onu şüşələyib, üzərinə bitki örtüyü və yüngül döşəmə çəkiləcək. Fudzimotonun sözlərinə görə, o sadəcə "obyekt" deyil, "insanlar üçün guşə" yaratmaq niyyətindədir. Binanın məşələ oxşarlığına isə memar narıncı rəngin və günün qaranlıq saatlarında işıqlanmanın hesabına nail olacaq. Göydələnin daxilində ofislər, mehmanxanalar və mağazalar yerləşəcək.