SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Son müqavilə Qərbin sanksiyalarını səmərəsiz edəcək”

© Courtesy of Sadraddin SoltanSədrəddin Soltan
Sədrəddin Soltan - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, ABŞ sanksiyalarla Rusiya və İran iqtisadiyyatını çökdürmək istəyir
Sədrəddin Soltan: “Sanksiyalara məruz qalan ölkələr Çin ətrafında birləşir”

ABŞ Çin və İran arasındakı tərəfdaşlıqdan narahatdır. Bunu Delaver ştatında jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Cozef Bayden deyib.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, hazırda Çin ətrafında birləşmə gedir:

“Qərbin və ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr Çin ətrafında birləşir. Çünki Çinin iqtisadiyyatı heç bir siyasi rejimlərə və konyunkturalara sığmadan inkişaf etməkdədir. Ona görə də Rusiya və İran Çin ətrafında birləşir. ABŞ isə sanksiyalarla Rusiya və İran iqtisadiyyatını çökdürmək istəyir. Buna görə də Rusiya və İran iqtisadiyyatı inkişaf edən və güclü olan Çinin yanında dayanır. Son imzalanan müqavilə isə o deməkdir ki, Qərbin İrana tətbiq etdiyi sanksiyalar səmərə verməyəcək”.

Xatırladaq ki, daha əvvəl İran və Çin hərtərəfli əməkdaşlıq haqqında 25 illik saziş imzalayıblar. Saziş iqtisadi və mədəni sahələrdə əməkdaşlığı da əhatə edir.

Sədrəddin Soltanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0