CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

© AR Ministry of Internal AffairsYaşadığı ünvanı tərk edən koronavirus xəstəsi
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Gədəbəy rayon sakini İ.Mirzəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 31 mart — Sputnik. COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini B.Məmmədova, Qax rayon sakini V.Canaşvili və Gədəbəy rayon sakini İ.Mirzəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

Xəbər lenti
0