Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 31 mart — Sputnik. "Maskada qurd ola bilməz. Bunlar yalan məlumatdır. Cərrahlar da bu maskalardan isitfadə edirlər. Apteklərdə satılan maskalar istehlak üçün tam yararlıdır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm deyib.
O bildirib ki, 1 maska uzun müddət istifadə olunduqda bu zaman qurd ola bilər: "Bu maskaların istifadə müddəti 2 saatdır. Bir maska 1 ay istifadə olunduqda, belə olacaq. Camaat maskanı qatlayıb cibinə qoyur, polis görəndə taxır".
"Maskada o zaman qurd ola bilər ki, onu taxan şəxsin özünün də qurdu olsun, onu ayda bir dəfə dəyişsin. Gözündə, burnunda, qulağında qurd ola bilər və bu zaman parazitlər maskaya keçə bilər", - deyə Ə.Rüstəm bildirib.