Ermənistanda daha bir nazir istefa verdi

© Sputnik / Ilya PitalevПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Ermənistan vətəndaşı olaraq vəzifəli şəxs tərəfindən digər vətəndaşa qarşı güc tətbiqini yolverilməz hesab edirəm.

BAKI, 31 mart — Sputnik. Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Akop Arşakyan istefaya verib. Sputnik Ermənistan xəbər verir ki, Arşakyan öz "Facebook" səhifəsində qeyd edib ki, bu gün onun nazir kimi işlədiyi son gündür.

"Ermənistan vətəndaşı olaraq vəzifəli şəxs tərəfindən digər vətəndaşa qarşı güc tətbiqini yolverilməz hesab edirəm. Biz zorakılığın olmadığı cəmiyyətin formalaşdırılması yolunda irəliləməliyik", - deyə nazir qeyd edib.

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri martın 18-i Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyana hücum edib. Bununla bağlı videogörüntüləri "Mediaport" teleqram kanalı paylaşmışdı. Videomaterialda jurnalistin kompüter qarşısında əyləşərək işlədiyi əks olunur. Bu vaxt nazir ona yaxınlaşaraq əlini dartır, sonra üzünə yumruq vurur. Nazir bundan sonra kompüterə zərbə endirir.

Xəbər lenti
0