BAKI, 31 mart — Sputnik. Paytaxt üzrə ən yüksək yoluxma göstəricisi 14.9 faizlə Binəqədi rayonunda qeydə alınıb. Sputnik Azərbaycan koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ötən həftə paytaxtda yoluxma faizi 52.9 faiz idisə, hazırda bu göstərici 53.7 faizə yüksəlib.
Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13.3 faizi Xətai, 12.3 faizi Yasamal, 10.7 faizi Sabunçu, 8.3 faizi Nərimanov, 8.1 faizi Suraxanı, 8 faizi Nəsimi, 7 faizi Nizami, 6.9 faizi Xəzər, 5.1 faizi Səbail, 4.9 faizi Qaradağ, 0.5 faizi Pirallahı rayonlarında qeydə alınıb.