BAKI, 30 mart — Sputnik. Hazırda Rusiya Prezidenti Vladimir Putinin Almaniya və Fransa liderləri Angela Merkel və Emmanuel Makronla danışığı hazırlanır. Onun formatı müəyyənləşdirilir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Söhbət Putin, Merkel və Makron arasında danışıqdan gedir. Bunun video və ya səsli formatda olacağını bildirəcəyik", - deyə Kremlin nümayəndəsi bildirib.
O qeyd edib ki, danışıq yaxın gələcəkdə baş tutacaq: "Təəssüflər olsun ki, bu elanı anons edə bilmirəm. Çünki bu, üçtərəfli tədbirdir. Biz sizi müvafiq qaydada məlumatlandıracağıq".