CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternatdan döyüşə - "Şəhid yoldaşlarımın tikələrini "meşok"a yığırdıq"

© Photo : Courtesy of Elvin SheydaevElvin Şeydayev
Elvin Şeydayev - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
Qəhrəman döyüşçümüz: "Elə oldu ki 2 gün heç su içmədik. Su əvəzi yarpağın üstündəki şehi barmağımızla ağzımıza sürtürdük. Səhər tezdən kaskanın üstündəki şehi dilimizlə yalayırdıq ki, boğazımız qurumasın".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 mart - Sputnik. Canından-qanından olan biri sağ ikən üzünü görmədən böyümək, ona sarıla bilməmək varmış insanın qismətində. İllərlə gözün qapıda, qulağın səsdə olur. Bəlkə "məni bağışlayar" düşünüb gələcəyinə ümid edirsən. Bəzən özünü günahkar bilirsn, deyirsən yqin ki, nysə gör, incik düşüb. Beləcə böyüyürsən, gözlərində kədər, bir qarnın tox, bir qarnın ac olmaqla, sevgisiz, nvazişsiz, isti nəfəs olmadan, yıxılanda, can, deyə snən səslənəcək bir səs olmadan. Büdrəyirsən, əlindən tutanın olmadığını görüb ayağa qalxırsan, güclə. Onlar elə uşaq ikən böyük olanlardır - internat uşaqları. Nə bir oyuncağı, nə gözəl bir xatirəsi olmayanlardır, bəlkə də günlrdə ac qalanlardır onlar.

II Qarabağ müharibəsi iştirakçıları arasında internat evlərini bitirənlər, orada böyüyənlər də az olmayıb. Sputnik Azərbaycan olaraq dekabrın 31-də tərxis olunan Elvin Şeydayevin evində olduq. 

Qəhrəmanımızla birgə dolanbaclı, dar yollarla yürüməyə başlayırıq. Bir müddətdən sonra çox gec olduğunu görüb elə yanımızdakı döyüşçünün iti addımları ilə yola davam edirik. Ucsuz-bucaqsız, dolanbaclı küçə ilə nəhayət isinə biləcəyimiz ocağa yetişirik. Qapıda bizi, ata, deyərək yol gözləyən yaş yarımlıq Əsma bala qarşılayır. Deyəsən atasını yola salandan sonra atası hər evdn çıxanda onun gözü qapıda qalırmış, birdən gəlməz, yenə gedər, deyə qorxurmuş. Kiçik evin digər bir köşəsində is bir başqa gözəllik yatır, Rüqəyya. O atası tərxis olunduqdan sonra dünyaya gəlib.

© Sputnik / Nigar IskanderovaElvin Şeydayevin uşaqlıq fotoları
İnternatdan döyüşə - Şəhid yoldaşlarımın tikələrini meşoka yığırdıq - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Elvin Şeydayevin uşaqlıq fotoları

Həm Aprel döyüşləri, həm də II Qarabağ müharibəsində vuruşan E.Şeydayev körpəlikdən ayağı üstdə durmağı öyrənib. Elə çarəsizlik, imkansızlıq ona həyatın, ölümün belə gözünə dik baxmağı öyrədib: "Atam ailəli idi. Anamı aldadaraq evli olsa da, subay olduğunu deyib. 5 yaşımadək onlar qeyri-rəsmi münasibətdə yaşayıb, sonra ayrılıblar". Beləcə bir körpənin, daha dəqiq desək, bu nikahdan dünyaya gələn, 1-i qız, 2-i oğlan olmaqla 3 körpənin həyatı məhv olur. 

Ayrıldıqdan sonra anaları təkbaşına uşaqlara baxa bilmədiyi üçün onları Maştağadakı 2 saylı bağçaya qoyur: "Onda mənim 3 yaşım var idi, ən kiçiyimiz olan bacım isə yaş yarımlıq idi. Anam yalnız həftədə bir dəfə gəlib bizi görürdü. Anamın bizi qoyacaq yeri olmadığından mən iki il də artıq bağçada qaldım, 8 yaşımda isə 11 nömrəli internat məktəbinə yerləşdirildim. Pilot layihə olan bu internat məktəbində ancaq ana-atalı uşaqlar oxuyurdu, axşam valideynləri gəlib uşaqları götürürdülər, mən isə orda qalırdım. Ancaq həftədə bir dəfə anam bizi götürüb yanında saxlayırdı".

"Orada şəraitin yaxşı olmasına baxmayaraq divarlar mənim üçün boş, soyuq, ruhsuz bir şey idi, anasız özümü məhbus kimi hiss edirdim. Hər yastığa başını qoyanda ana istiliyini hiss etmirdin, bundan dəhşətli heç nə yox idi, insanın ruhu donurdu. Adam özünü yetim kimi hiss edirdi", - deyə həmsöhbətimiz əlavə edir.

Atası isə onlara heç bir yardım göstərmirmiş: "Anam çox çarəsiz idi, onun əzablarını azaltmaq üçün artıq 6-cı sinifdən işləməyə başladım, mebel sexində fəhlə çalışıb pul qazandım ki. anama kömək olum. Lakin getdikcə vəziyyət daha da çətinləşdiyi üçün 8-ci sinifdə könüllü olaraq məktəbdən çıxdım, beləcə tam gün işləyib pul qazanmağa başladım. Amma o vaxtdan xoşbəxt günlərim başladı. Bilirsiniz, mənim üçün ən böyük xoşbəxtlik nə idi? Anamın istiliyi, yatarkən ona sığınmağım. Kirayədə qalırdıq, kiçik bir ev idi, ev yiyəsi otaqda, biz isə balaca bir mətbəxdə yatırdıq, çünki buna görə daha az kirayə pulu ödəyirdik - 80 manat", - deyə həmsöhbətimiz əlavə edir.

© Photo : Courtesy of Elvin SheydaevElvin Şeydayev
İnternatdan döyüşə - Şəhid yoldaşlarımın tikələrini meşoka yığırdıq - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Elvin Şeydayev

Atabir qardaşları ilə ilk dəfə əsgərliyə getməzdən öncə əlaqə qura bilib: "Biz uşaq olanda atamın ailəsinin bizim varlığımızdan xəbəri olub. Lakin böyüklərimiz heç zaman bizim bir-birimizlə əlaqə yaratmağımıza şərait yaratmamaışdı. Qardaşımı sosial şəbəkə vasitsi ilə tapdım, hazırda da həmin iki qardaşımla əlaqələrimiz var". Atası ilə əlaqəsi olsa da, onun xatirində yalnız soyuqqanlı biri kimi qalıb: "O uşaq vaxtı da bizimlə maraqlanmayıb. Ehtiyac olub, anam atamdan pul istəyib, o bizə bu dəstəyi göstərməyib, bir sözlə, böyüməyimizdən xəbərsiz olub. Bir-iki dəfə anamla bağçaya gəlib, onda da bütün xərci anam çəkib, bizə meyvə gətirmişdi. Atasız böyüyən bir övlad kimi ona qarşı bir kinim var. Heç nə yox, ən azı bir ata şilləsi görmək istəyərdim. Mən heç zaman ata istiliyinin nə olduğunu anlamadım, bunu anlamadan böyüdüm. Amma özüm övladlarıma qarşı soyuqqanlı deyiləm, onlara ata kimi çox həssas yanaşıram".

 Həyatında ac-susuz günlərin sayı isə saymaqla bitməz: "Ailə qurandan sonra da belə günlərimiz olub, böyük qızım olanda ixtisara düşmüşdüm, heç evdə yeməyə bir şey yox idi. Qonşularımız da sağ olsunlar, düyü, ərzaq alıb bizə yardım etdilər. Dəfələrlə işsiz qaldığım günlər olub. Yoldaşım ikinci övlada hamilə olanda da işsiz qaldım, anamla yoldaşım işlədi". 

© Photo : Courtesy of Elvin SheydaevElvin Şeydayev hərbçi yoldaşları ilə
İnternatdan döyüşə - Şəhid yoldaşlarımın tikələrini meşoka yığırdıq - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Elvin Şeydayev hərbçi yoldaşları ilə

 Hələ uşaqlıqdan hərbi formaya olan sevgi onda vətənpərvərliyi daha da gücləndirib. Təhsil ala bilmədiyi üçün onun hərbçi olmaq arzusu üryində qalır. Özünü yenidən hərbi geyimdə, hərbi xidmətdə görmək üçün sentyabrda yenidən arzuları dirçəlir. O general Polad Həşimovun ölümündən sonra müharibə olarsa, könüllü olaraq gedə biləcəyi ilə bağlı Hərbi Səfərbərlik Xidmətinə müraciət etsə də onu arayıb axtarmırlar: "Sentyabrda yenidən könüllü kimi Hərbi Səfərbərlik Xidmətinə müraciət edəndə işləmirdim, təxminən 1 həftə idi, heç evimizdə də çörək, uşağın da pampersi yox idi. Amma düşündüm ki, mən getməliyəm, vətənə borcumu ödəməliyəm. Şəhid, qazi ola biləcəyimi də göz önünə almışdım. Sentyabrın 29-u idi, işdə idim, zəng elədilər ki, gəl. Yoldaşıma zəng elədim ki, hərbi biletimi gətir gəl "Qara Qarayev"ə. Yoldaşım hamilə idi, qızımı da götürüb gəldi. Soyuqqanlı görünməyi bacarmadığım üçün yoldaşım, qızımla tez görüşüb ayrılmağa çalışdım. Qızım, "ata-ata", deyərək ağlayaraq məndən ayrıldı. Dekabrın 31-i tərxis olunanadək qızımın, "ata", deyərək ağlaması gözümün önündən getmədi".

 "Qızğın döyüşlər gedirdi, Hərbi Səfərbərlik Xidmətindən yola düşərkən tanış olduğum döyüş yoldaşıma dedim ki, mənə bir şey olsa, ailəmin üstündə ol. Səni qardaş bilirəm, övladlarım sənə əmanətdir, qardaşımla əlaqədə ol, dedim. Ağladım, qəhər məni boğmuşdu. Elə oldu ki, ikimiz də sağ-salamat çıxdıq. Ümumiyyətlə, ailəli adam üçün müharibəyə getmək psixoloji cəhətdən çətindir. Orada atışma bir qədər sakitləşən kimi ailəmi, övladlarımı düşünürdüm. Könüllü kimi müraciət edəndə, şəhid olsam, ailəm necə olacaq, deyə düşünmürdüm. Amma müharibə boyunca bu sual ağlımdan belə çıxmırdı", - deyə döyüşçümüz əlavə edir.

© Sputnik / Nigar IskanderovaElvin Şeydayevin ailəsi
İnternatdan döyüşə - Şəhid yoldaşlarımın tikələrini meşoka yığırdıq - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Elvin Şeydayevin ailəsi

 Müharibə - bir saniyə sonra nə olacağını bilmdiyin bir şeydir. Sağmı qalacasan, qazimi olacaqsan, yoxsa qəhrəmancasına şəhid olacaqsan, deyə düşünürsən. Bəşər həyatının ən acımasız siması olan müharibə neçə-neçə evləri çırağını söndürdü, sağ-salamat gedərkən yaralı, yataq xəstəsi, əl-ayağı kəsilmiş, diz qapağı, açılaraq ayağı sallanmış vziyyətdə qayıdanlar, yaxud da dağ kimi oğullarının yalnız çən sümüyünü, ayağını basdıran analar-atalar da oldu. E.Şeydayev çətinliyə alışsa da, müharibənin əsl mənasını ilk minaatandan, arxa-arxaya vuruşduğu yoldaşlarının şəhid olmasından sonra anlayır: "Əvvəl elə bilirdim ki, internatda, atasız böyümək, günlərlə ana qucağına həsrət qalmaqdan dəhşətli bir şey yoxdur, amma sən demə qismətimdə bundan da faciəli hadisələri görmək varmış, bu günləri də yaşayacaqmışam. Ən dəhşətli isə qardaş, dayaq, arxa bildiyin döyüş yoldaşlarının şəhid olması, tikələrinin param-parça olması, onların bəzilərinin yaralanmasıdır. Təsəvvür edin, 5-10 dəqiqə əvvəl söhbətləşdiyin, duz-çörək kəsib birgə yemək yediyin şəxsin artıq meyiti yerdə idi. Bizim dəstədən şəhidlər çox oldu".

"Müharibədə hamımız qardaş olub arxa-arxaya, kürək-kürəyə döyüşürdük. Təsəvvür edirsiz, bir də görürdün ki, müharibə boyunca kürəyinə söykədiyin adam artıq yoxdur", - deyə o əlavə edir.

Bizə döyüşləri haqda da danışır: "Füzuli, Cəbrayılda qaldıq, sonra Hadrut istiqamtində döyüşə girdik. Biz Xüsusi Təyinatlıların arxasınca döyüşə girmişdik. Sonradan Xocalının Dəmirçilər kəndi istiqamətində döyüşdük. Oktyabrın 28-dən noyabrın 17-dək biz Xocalıda qaldıq, elə ilk döyüşümüz Hadrut istiqamətində idi. Qarşıma 3 erməni leşi çıxmışdı, bir qədər qabağa gedəndə isə öz yaralı uşaqlarımızı gördüm. Minaatanla vurulmuşdular. Döyüş yoldaşımın diz qapaqları açılıb ayaqları sallanmışdı. Onu gördün, artıq müharibədə olduğunu anlayırsan. Yanımda şəhid olan yoldaşlarım var idi ki, onların tikələrini "meşok"a yığırdıq. Baxın, bundan dəhşətli nə ola bilərdi ki?! 3 dəfə ölümdən qayıtmışam, həmin yerdə 2-3 dəqiq artıq dayansaydım ya şəhid, ya da qazi olardım. Bilirisiniz, düşünəndə adama təsir edən nə idi?! Düşünürdüm ki, mən burda canımdan keçirəm, amma kimsə, varlının balası şəhərdə avtoşluq edir". 

© Photo : Courtesy of Elvin SheydaevElvin Şeydayev hərbçi yoldaşları ilə
İnternatdan döyüşə - Şəhid yoldaşlarımın tikələrini meşoka yığırdıq - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Elvin Şeydayev hərbçi yoldaşları ilə

"Xocavənd ərazisində ikən mühasirəyə düşdük. Minaatanla vuranda manqamız param-parça oldu. Manqada 10 nəfərdən 5-i qalmışdı, 5-i şəhid olmuşdu. Qalanlar arasında da yaralılar var idi. Şəhid yoldaşım Hacıyev Ülvi vardı, bir çənə sümüyü ilə ayağı tapıldı, onu ailəsinə təhvil verdik", - deyə E.Şeydayev danışır.

Orada günlərlə ac, susuz da qalıblar: "Evlərə girib turşu tapırdıq, ağaclardan meyvə dərib yeyirdik. Elə oldu ki 2 gün heç su içmədik. Su əvəzi yarpağın üstündəki şehi barmağımızla ağzımıza sürtürdük. Səhər tezdən kaskanın üstündəki şehi dilimizlə yalayırdıq ki, boğazımız qurumasın. Nə tapırdıq, adətən çiy yeyirdik. Ət tapanda tonqal qalayıb bişirirdik. Yatmağa gəldikdə isə hamımız döyüş şəraitində dağlarda yatırdıq, təbii ki, buna yatmaq demək olarsa".  

"Mən kirayələrdə böyüdüm, indi övladlarımı da kirayələrdə böyüdürəm. Onları kirayələrdə böyütmək istəmirəm. İndinin özündə kirayə pulu vermirəm, ev yiyəsi başa düşəndir, az-az əlimə pul düşdükcə verirəm. Evdə tək işləyən mənəm, 600 manata çalışıram. Artıq bankdakı kreditlərim də aktivləşib, çətindir", - deyə E.Şeydayev vəziyyətindən da söz açıb. 

Xəbər lenti
0