İtaliya arxeoloqları davamlı arxeoloji işlər nəticəsində eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində sakinləri ilə birlikdə məhv olmuş qədim Pompey şəhərində yaxşı qalmış termopoli aşkar ediblər. Termopoli (lat. - thermopolium, qədim yunan - θερμός «isti” və πωλέω «satıram») Qədim Roma imperiyası zamanı küçələrdə müştərilərə isti yeməklər və ədviyyatlı çaxır təqdim edən yeməkxana idi.
Yeməkxananın yaxınlığındakı qədim küçədə isə heyvan və insan sümükləri aşkar olunub.
Termopolinin üzərində uzun müddət quru və havasızlıq şəraitində qalmış qədim freskalar indiyə kimi mükəmməl formadadır.