CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 3 məktəbdə ənənəvi dərslər bərpa olunub

© AP Photo / Tsafrir AbayovMəktəblərində birində, arxiv şəkli
Məktəblərində birində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
Təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır

BAKI, 30 mart — Sputnik. Paytaxtda 3 məktəbdə ənənəvi dərslər bərpa olunub. Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, martın 30-da paytaxtdakı 102, 248 nömrəli tam orta məktəblərdə və 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub. Belə ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Qeyd edək ki, 102 və 248 nömrəli tam orta məktəblərdə, 246 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVID-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlığına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində həyata keçirilən mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır.

Xəbər lenti
0