BAKI, 30 mart - Sputnik. Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Report"a açıqlamasında N.Məhərrəmlinin özü məlumat verib.
Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O həmçinin 2003-2020-ci illər ərzində Şuranın sədri vəzifəsində çalışıb.