BAKI, 30 mart - Sputnik. Baş Prokurora yeni köməkçi təyin olunub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə müşaviri Abbasov Mahir Fəxrəddin oğlu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin edilib.
Qeyd edək ki, M.Abbasov buna qədər Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru olub.