BAKI, 30 mart — Sputnik. Martın 30-da Azərbaycanda avronun məzənnəsi 2 manat səviyyəsindən aşağı düşərək 1,9998 manat olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, avronun məzənnəsi 0,17% azalıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Rusiya rublunun məzənnəsi isə 0,45% irəliləyərək 0,0225 manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çatmışdı.