CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan yazıçısına "Sülh səfiri" titulu verilib

© Sputnik / Murad OrujovƏməkdar jurnalist Varis Yolçuyev
Əməkdar jurnalist Varis Yolçuyev - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
"Payız natürmortu" əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir.

BAKI, 30 mart — Sputnik. Baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) yazıçı Varis Yolçuyevi Sülh səfiri titulu ilə mükafatlandırıb, bu münasibətlə onu müvafiq Sertifikatla təltif ediblər. Varis Sülh səfiri statusuna 2021-ci ilin mart ayından keçib.

Pərviz Seyidli - Sputnik Azərbaycan, 1920, 26.03.2021
MƏDƏNİYYƏT
Yazıçı: "İnanmaq istəyirəm ki, Nəsimi ilindəki biabırçılıqlar Nizami ilində olmaz"

Sputnik Azərbaycan xəbər verir ki, yazıçımız Avropada dərc edilən "Metamorfoz" romanında, "Babam, zalımlar və əncir ağacı", "Sonuncu mogikan" kimi hekayələrində, o cümlədən Almaniyada dərc olunmuş "Payız natürmortu" kimi esselər toplusunda Xeyirin Şər üzərindəki qələbəsini tərənnüm etdiyinə, insan mənəviyyatının zənginliklərini üzə çıxardığına, eləcə də son illərdə dünya miqyasında böyük ədəbiyyat və incəsənət festivalları və müsabiqələrindəki münsif fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, "Payız natürmortu" əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir.

Xəbər lenti
0