Əfqanıstanda "Həzrət Əli"ni məhv etdilər

© AP Photo / Mohammad Anwar DanishyarTaliban radikal hərəkatının üzvləri, arxiv şəkli
Taliban radikal hərəkatının üzvləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin xüsusi əməliyyatı nəticəsində həm "Əl-Qaidə", həm də "Taliban" qruplaşmalarının komandirləri öldürülüb.

BAKI, 30 mart - Sputnik. Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçu "Əl-Qaidə" qruplaşmasının yüksək çinli komandirini məhv ediblər. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin (NDS) bəyanatında deyilir. 

Məlumata görə, qruplaşmanın Hind subqitəsindəki bölməsinin yüksək çinli komandiri Dövlət Bəy Taciki ölkənin şərqindəki Paktika əyalətində NDS-in keçirdiyi xüsusi əməliyyatla məhv edilib. Həmin komandir Əbu Muhammad ət-Taciki kimi də tanınırdı. Bildirilir ki, onunla birlikdə radikal "Taliban" qruplaşmasının komandiri Həzrət Əli də məhv edilib. 

Xəbər lenti
0