BAKI, 29 mart — Sputnik. Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, Londonun "ICE" birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1 dollar ucuzlaşaraq 63,57 dollar, Nyu-Yorkun "NYMEX" birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar azalaraq 59,85 dollar təşkil edib.
Ötən həftə ərzində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 62,99 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,76 dollar azdır.
Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.