Ermənistan Rusiya – Türkiyə münasibətlərini diqqətlə izləyir

© AFP 2024 / FABRICE COFFRINIФлаги Турции и России, фото из архива
Флаги Турции и России, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
Ermənistanın xarici işlər naziri eyni zamanda vurğulayıb ki, Qarabağda müharibə Rusiyanın səyləri ilə dayandırılıb.

BAKI, 29 mart — Sputnik. Ermənistan Rusiya və Türkiyə arasında münasibətlərin inkişafını diqqətlə izləyir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bildirib.

Nazir eyni zamanda qeyd edib ki, Rusiya – Türkiyə əlaqələri bu iki ölkənin öz işidir: "Biz əminik ki, bizim strateji müttəfiqimiz Ermənistanın təhlükəsizliyinin qarantı kimi lazım olduqda öz öhdəliklərini yerinə yetirəcək".

Ayvazyan eyni zamanda Ermənistan və onun təhlükəsizliyinin Rusiyadan asılı olması barədə iddialar ilə razı olmadığını da dilə gətirib. O eyni zamanda vurğulayıb ki, Qarabağda müharibə Rusiyanın səyləri ilə dayandırılıb.

"Bu, bəzilərinin xoşuna gəlməyə bilər, lakin bu, faktdır. Əks halda, bizdə tamam başqa vəziyyət ola bilərdi", - deyə nazir qeyd edib.

 

Xəbər lenti
0